MTN generalları məhkəmədə ifadə verdi
- 23-11-2017, 15:46
- 2 328
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dinləmə epizodu ilə bağlı araşdırma aparılıb.
Sonra təqsirləndirilən şəxslərdən T.Quliyev və N.Alıyev ifadə verib.
Hazırda iclasda fasilə elan olunub.
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.