Gözəl Bayramlının cinayət işinə Qazax rayon Məhkəməsində baxılacaq
- 20-11-2017, 15:32
- 1 616
Onun sözlərinə görə, Gözəl Bayramlı Gəncə İstintaq Təcridxanasına köçürüləcək.
Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.
G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib.
Noyabrın 1-də Gözəl Bayramlının cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı elan olunub.