Hacı Qalibin oğluna qarşı şikayət geri götürüldü
- 8-11-2017, 12:42
- 65 633
Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Elbəy Mirzəliyev şikayət ərizəsini geri götürdüyünü deyib.
O, məhkəməyə ərizə təqdim edəcəyini deyib.
Daha sonra Əlihüseyn Salahzadənin vəkili vəsatət verib. O, müvəkkilinin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses noyabrın 20-də davam edəcək.
Əlihüseyn Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiham edilir.
İttihama görə, Əlihüseyn Salahzadə Azərsu ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinib.