Ziya Məmmədov hardadır?
- 19-10-2017, 09:02
- 41 741
Musavat.com-un yazdığına görə, bundan əlavə, Z.Məmmədov və oğlu Anar Məmmədovun Azərbaycanda olan biznesinin əlindən alındığı, hətta evlərini belə satışa çıxartdığı da yayılan məlumatlar arasındadır. Bu günlərdə isə sosial şəbəkələrdə A.Məmmədovun metroda görüldüyünə dair informasiya paylaşıldı.
Bəs Z.Məmmədov hazırda haradadır? Yayılan məlumatlar nə qədər reallığı əks etdirir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün sayt onun özü ilə danışmaq istəyib. Sabiq nazirin telefonunu açan Akif adlı şəxs “Ziya müəllim rayondadır, bir həftəyə gələcək. Gələndən sonra yəqin ki, özü sizin suallarınızı cavablandırar” dedi.