Bərzanini dəstəkləyən məmurla bağlı - Prokurorluqdan açıqlama

Aktual

Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sədri Füzuli Tanirverdiyevin sosial şəbəkədə İraq Kürd Muxtariyyətinin müstəqillik referendumunu dəstəkləməsi ilə bağlı paylaşımları araşdırılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, araşdırma başa çatdıqdan sonra mediaya ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, İraq Kürd Muxtariyyətinin rəhbəri Bərzaninin fotolarını paylaşmışdı.