Baş Prokurorluq "Turan" informasiya agentliyi ilə bağlı açıqlama verdi
- 19-09-2017, 15:44
- 54 344
xalqxeber.az-a daxil olan məlumatda qeyd edilib ki, “Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir.
Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.
“Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.