Əziz Orucovun məhkəməsi başlayır
- 15-09-2017, 10:18
- 87 603
Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.
O bildirib ki, artıq ittiham aktı təsdiq edilib və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Əziz Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib: O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Onun barəsində üçün Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.