Rafael İsgəndərovun oğlu TÖRƏTDİYİ əmələ görə MƏSULİYYƏTƏ CƏLB OLUNA BİLƏR
- 13-09-2017, 17:08
- 55 311
Məsələ ilə bağlı BiG.AZ-a danışan "Polisə Dəstək” İctimai Birliyinin sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsahibələrin aparılması və nəticələrinin qiymətləndirilməsi üzrə eksperti Şəmsəddin Əliyev həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunma ehtimallarının olunduğunu bildirdi:
"Əgər kimsə hər hansısa bir yalan məlumatı hər hansısa bir şəbəkədə yazırsa və əhali arasında çaş-başlıq, xaos, təxribat yaradırsa mütləq şəkildə onun əməli hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı və hüquqi qiymətləndirilməlidir. Bu kimi kibercinayətkarlıq bir terror növüdür. Bunu da ciddi şəkildə araşdırmaq lazımdır. Hər kimlərdirsə, kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir".