BAZARDA KONTROLSUZ ENERJİ DALĞASI
- 28-04-2026, 14:36
- 4 373
Mediatvaz.com bildirir ki,qanunvericiliyə görə enerji içkilərinin tərkibi açıq şəkildə etiketdə göstərilməlidir.Amma real vəziyyət bu tələblərlə üst-üstə düşmür. Ucuz enerji içkiləri ilə bağlı əsas şübhələr bunlardır,birincisi, aşağı qiymət – keyfiyyət paradoksu. 1 manata satılan məhsulun həm xammal, həm istehsal, həm logistika, həm də satış xərclərini qarşıladığı halda keyfiyyətli olması ciddi suallar doğurur.İkincisi, tərkibin qeyri-şəffaflığı. Bəzi hallarda etiketdə göstərilən məlumatlarla real tərkib arasında fərqlərin olduğu iddia edilir. Bu isə artıq istehlakçının aldadılması deməkdir.Üçüncüsü, nəzarətin effektivliyi. Kağız üzərində mövcud olan qaydaların praktikada necə tətbiq olunduğu açıq sual olaraq qalır. Əgər bu məhsullar illərlə müzakirə olunursa, amma ciddi nəticə yoxdursa, problem təkcə istehsalçıda deyil, həm də nəzarət mexanizmlərindədir.Dünya təcrübəsinə baxanda isə daha sərt yanaşma görürük. Bir çox Avropa ölkəsində enerji içkilərinin satışına ciddi məhdudiyyətlər tətbiq olunub. Məqsəd sadədir — riskli məhsulun sərbəst və ucuz şəkildə geniş yayılmasının qarşısını almaq.Daha təhlükəlisi isə odur ki, enerji içkilərinin insan sağlamlığına təsiri artıq uzun müddətdir müzakirə mövzusudur.Göründüyü kimi, enerji içkilərinin istehsalı və satışı Ceyhun Abbasovun təsisçisi olduğu şirkətin fəaliyyətinin vacib istiqamətidir. Əslində bu içkilər də narkotik kimi insanlarda asılılıq yaradır. Mütəxəssislər bu içkilərin ürək-damar sisteminə zərbə vurduğunu, psixoloji tarazlığı pozduğunu və hətta bəzi hallarda qəfil ölüm riskini artırdığını açıq şəkildə bildirir. Digər tərəfdən, bazarda aktiv reklam kampaniyaları ilə seçilən “Avrora Qrup” və onun pərakəndə şəbəkəsi olan “Tamstore”un bu məhsulları ön plana çıxarması da sualları daha da artırır. Bu, sadəcə kommersiya marağıdır, yoxsa riskli məhsulların daha geniş auditoriyaya çatdırılması strategiyası? Sual isə dəyişmir: ucuzluq istehlakçının cibinə uyğundur, amma sağlamlığına da uyğundurmu? Bu suala konkret cavab verilmədikcə, problem aktual olaraq qalacaq.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com