Allahşükür Paşazadə Arakandakı müsəlman qətliamı ilə bağlı sualdan yayındı - DANIŞMAQ İMKANIM YOXDUR...
- 4-09-2017, 11:19
- 59 998
Bu prosesdə Qafqaz Müsəlmanları İdarəsinin susqunluğu açıq görünür. Bu suala aydınlır gətirmək üçün Gununsesi.info-nun əməkdaşı QMİ sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə telefon əlaqəsi saxlayıb.
Sualımızı dinləyən Şeyx həzrətləri bir qədər susqunluqdan sonra bu barədə danışmaq imkanının olmadığını deyib.
“Mən indi məclisdəyəm, danışmaq imkanım yoxdur. Bizim idarənin mətbuat xidməti ilə əlaqə saxlasanız yaxşı olar” deyən Allahşükür Paşazadə telefonun dəstəyini asıb.