Özəlləşdirmə çekləri qayıdır? - Deputatdan təklif
- 1-02-2017, 21:33
- 2 660
Milli Məclisin iclasında çıxış edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili qeyd edib ki, özəlləşdirmə çeklərini evlərində saxlayan adamlara hansısa ekvivalentdə yer verilməlidir ki, onlar satışa çıxarılan müəssisələrin alınmasında iştirak edə bilsinlər.
O təklif edib ki, Azərbaycanın lobbiçilik fəaliyyəti gücləndirilsin: “Xaricdə bəzi dairələr Azərbaycana qarşı fəaliyyət göstərir. Mütəşəkkil lobbi qurumları başqa-başqa media vasitəsi ilə Azərbaycana qarşı fəaliyyət göstərir. Biz lobbiçilik fəaliyyətini gücləndirməliyik. Bunun üçün büdcədən vəsait ayrılmalıdır”.