Zelenski "Anadolu" jurnalistinin rusca sualına tərcüməçi axtardı

---

 Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında rus dilində verilən suala cavab verməyib.

 Zelenski tərcüməçiyə ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, sualı Türkiyənin “Anadolu” agentliyinin jurnalisti verib. O, Zelenskiyə Qəzza zolağında baş verənlərlə bağlı sual ünvanlayıb.

"Həyat o qədər dəyişib ki, indi mənə rus dilindən tərcüməçi lazımdır", - deyə Zelenski bildirib.