Güclü külək olacaq - XƏBƏRDARLIQ
- 12-04-2023, 18:18
- 818
---
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Aprelin 12-si axşam qərb rayonlarından başlayaraq 14-ü gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.