İran Suriyadakı keçmiş səfirini Ermənistana göndərir
- 30-03-2023, 19:03
- 686
---
Xalqxeber.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələrlə hesabatında bildirilib.
Qeyd edilib ki, Mehdi Subhani Ermənistandakı səfir Abbas Bədəxşan Zohurinin yerinə təyin olunur.
O da vurğulanıb ki, Mehdi Subhani təcrübəli diplomatdır.
Qeyd edək ki, bu yaxınlarda Mehdi Subhani İranın Suriyadakı səfiri vəzifəsindən geri çağırılıb. Onu Hüseyn Əkbəri əvəz edib.