"Mehdiyevin əlindən öpsən, sənə də vəzifə verəcək" - Mübariz Qurbanlı İFŞA OLUNDU
- 14-03-2023, 16:51
- 596
---
Vəzifəsi QMİ ilə bərabər ölkədə dini-ideoloji mühiti sağlamlaşdırmaqdan, milli din xadimlərini yetişdirməkdən, dövlət-din münasibətlərini tənzimləməkdən və xarici təsirlərdən qorumaqdan ibarət olan Komitənin bu sahədə heç bir fəaliyyəti yoxdur. Heç Mübariz Qurbanlı özünə əziyyət verərək televiziya kanallarına çıxıb ölkədə baş verən dini proseslər haqda kəlmə kəsməyi də özünə rəva görmür. Məhz bu səriştəsiz fəaliyyətin nəticəsidir ki, ölkənin dini cameəsində İran təsiri öz sözünü deyir. Digər tərəfdən, axırıncı dəfə Mübariz Qurbanlının hansısa televiziya efirinə çıxıb Prezident tərəfindən həyata keçirilən islahatlar barədə danışdığını da xatırlamıram. Sanki cənab Qurbanlı Azərbaycanda yaşamır və ölkədə baş verən proseslərin bu şəxsə heç bir aidiyyatı yoxdur. Belə olan təqdirdə haqlı sual meydana çıxır: Görəsən, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi nəyə və kimə lazımdır? Ümid edirəm ki, Mübariz Qurbanlı uzun müddətlik sükutu pozaraq sualın cavabına özü şəxsən aydınlıq gətirəcək. Amma hər bir halda Komitənin və onun sədrinin fəaliyyəti haqqında aidiyyatı qurumlar araşdırmalara başlasalar, bir çox qaranlıq məqamlara aydınlıq gətiriləcəyinə şübhə etmirəm.Mövzunu KONKRET.az-a şərh edən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bu şəxsin Azərbaycan xalqının var-dövlətinə susadığını bildirib: “Dini Komitə ləğv edilməlidir, bu qurum kimə lazımdır ki? Komitə rəhbəri Mübariz Qurbanlı ayrı işlərlə məşğuldur. Komitəyə rəhbərlik etməyə layiq deyil, pivə içəndir. Bu şəxs İslam dininə layiq deyil, ancaq xəyanətlə məşğuldur. Hamısı Ramiz Mehdiyevin kadrıdır və ölkədə qarışıqlıq yaratmaqla məşğuldur. Bu gün ölkədə böyük narazılıqlar hökm sürür. Bu narazılıq dalğasını isə həmin şəxs və onun kimi digərləri yaradır. Ona görə də, hesab edirəm ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə böyük vəsaitlərin ayrılmasına ehtiyac yoxdur”.
Hafiz Hacıyev əlavə edib ki, həm “QMİ”nin, həm də Dini Qurumlarla Komitənin sədri yerində olmayan şəxslərdir: “Mübariz Qurbanlı Ramiz Mehdiyevin kadrıdır. Bu şəxs Mehdiyevin kabinetinə girərək onun əlindən öpüb və “Boz kardinal”a sitayiş edib. Şəxsən özü mənə deyib ki, Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun əlindən öpsən sənə də vəzifə verəcək. Amma biz dövləti sevən və müdafiə edən insanlarıq və hər zaman Prezidentin yanında olmuşuq. Bizə təzyiqlər olsa da, nöqsanları hər zaman dilə gətirmişik. Bir daha deyirəm, Dini Komitənin mövcudluğunun heç biri xeyiri yoxdur. Ya QMİ olmalıdır, ya da Komitə. Bu qurumların ikisindən biri ləğv edilməlidir”.Partiya sədri Mübariz Qurbanlının çox böyük biznesə sahib olduğunu vurğulayıb: “Kabinetlərdə oturub dövlət telefonları ilə bu məsələləri həll edirlər. Onların başqa vəzifələri yoxdur. Məqsədləri ancaq büdcəni dağıdıb yeməkdir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az