Helikopter qəzasında ölən nazir cəbhə xəttinə gedirmiş
- 18-01-2023, 14:28
- 312
---
Xalqxeber.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko brifinqdə bildirib.
"Daxili işlər naziri ölkəmizin qaynar nöqtələrindən birinə helikopterlə gedirdi", - Timoşenko bildirib.
Bununla yanaşı, Timoşenko Daxili İşlər Nazirliyinin strukturlarının işləməkdə və öz funksiyalarını yerinə yetirməkdə davam etdiyini açıqlayıb.