"Minsk razılaşması Ukraynaya güclənmək üçün vaxt verdi" - Merkel
- 8-12-2022, 16:55
- 272
---
Bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel "Die Zeit" nəşrinə müsahibəsində deyib.
"2014-cü il Minsk razılaşmaları Ukraynaya vaxt vermək cəhdi idi. Kiyev də bu vaxtdan güclənmək üçün istifadə etdi, bu gün gördüyünüz kimi. 2014/15-ci ilin Ukraynası indiki Ukrayna deyil. O zaman NATO ölkələri Ukraynaya kömək etmək üçün indi etdikləri qədər çox şey edə bilərdilər".
Onun sözlərinə görə, Ukraynada müharibə yalnız danışıqlar masası arxasında bitə bilər.