"Fransa parlamentinin qətnamələri münasibətlərimizə zərbə vurur" - Ceyhun Bayramov

---

 X
"Fransa parlamentində qəbul olunan qətnamələr iki ölkənin münasibətlərinə zərbə vurur".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni səfiri Ann Buayon ilə görüşdə bildirib.

Görüşdə Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu da müzakirə edilib. Nazir Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa parlamentində qəbul olunan qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini vurğulayıb.