Şeyxin müavini gəlinini məhkəməyə verdi
- 22-07-2022, 10:36
- 390
---
“Qafqazinfo”nun məlumatına görə, Q.Cavadlı qardaşının keçmiş həyat yoldaşı Cavadlı Ülviyyə Səmədağa qızı barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib.
Onun şikayətinə Binəqədi rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası iyulun 27-də baş tutacaq.
Qeyd edək ki, Qəmər Cavadlının qardaşı Lətif Cavadlı ötən il dünyasını dəyişib. O, Ülviyyə Cavadlı ilə 2019-cu ildə boşanıb. Tərəflər arasında mülk mübahisəsinin olduğu bildirilir.