Goranboyda qəza - xəsarət alanlar var

---



Goranboy-Naftalan yolunun Goranboy rayon Qızılhacılı qəsəbə ərazisində kiçik tutumlu yük avtomobili maneəyə çırpılıb.

Xalqxeber.az xəbər verir ki, qəza zamanı 2001-ci il təvəllüdlü N.Özçeki və daha bir nəfər xəsarət alıb.

Onlara tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.