Azərbaycan Türkiyədən bu məhsulları alan ikinci ölkə olub
- 3-01-2022, 22:47
- 526
---
Bu barədə Xalqxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, Türkiyənin müdafiə sənayesi dost və müttəfiq ölkələrin hərbi ehtiyaclarını ən qabaqcıl texnologiyalarla təmin edir. Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, ötən il ölkənin ixracat məhsulları 32,9 % artaraq 225 milyard 367 milyon 676 min ABŞ dollarına çatıb. Müdafiə və aerokosmik sənaye məhsulları isə illik ixracatda 41,5 % artıb.
Müdafiə və aerokosmik sənayesi 2021-ci ildə ixrac rekordu qırıb. Belə ki, müdafiə və aerokosmik sənayesi 2021-ci ildə 3 milyard 224 milyon 786 min ABŞ dolları ilə yeni ixrac rekorduna çatıb.