Adil Ədilov: Cənab Prezident göydə Allah, yerdə isə Sizdən imdad diləyirəm

---

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri cənab İnam Kərimova
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Bakı Apellyasiya Məhkəməsinin sədri cənab Mübariz Əkbərova
Saatlı raonun Kamallı kənd sakini Ədilov Adil Sarı oğlu tərəfindən

M Ü R A C İ Ə T
 
Hörmətli cənab PREZİDENT!
Azərbaycan Respublikasının müstəqillik günü ərəfəsində 5-ci kalonun təxribat xarakterli hücumlar başlamışdır.
Bildirirəm ki, keçmiş “MTN” generalı Akif Çovdarov və onun cinayətkar dəstəsi ilə əlbir olan hazırda yüksək vəzifədə “xidmət aparan” məmurlar öz məkirli niyyətlərini həyata keçirtməkdə davam edərək, cənab Prezidentimizin apardığı daxili və xarici siyasətinə kölgə salmağa çalışırlar. Həmin cinayətkar dəstə dövlətimizin hüquq mühafizə orqanlarını, hətda məhkəmənin hakimlərini hədə-qorxu, şantaj və ya mətbuat vasitəsi ilə təzyiqlər göstərməkdən belə çəkinmirlər.
Cənab Prezident, Sizin “MTN işi” ilə əlaqədar mövqeyinizi cəmiyyətdə səhv mövqe kimi qələmə verməyə çalışan bu cinayətkar 5-ci kalon Respublika Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovu və Binəqədi rayon məhkəməsinin hakimi Vüsal Tağıyevi də öz sıralarına qatmağa nail olmuşlar.
Belə ki, 2015-ci ildə Baş Prokurorun köməkçisi olmuş Nemət Əvəzov “MTN”-dən şikayətçi olanların müraciətlərini, ərizələrini, hətda toplanmış materialları qəsdən yoxa çıxardaraq “MTN” generalların qanunsuz əməllərini ört-basdır etmiş, hazırda da onların sıfarişlərini icra etməyə davam edərək “MTN işində zərərçəkmiş şəxsləri bu və ya digər formada şərlənərək həbs edilməsini təşkil edir.
“Keçmiş MTN” generalı” Akif Çovdarov və onun qohumları hazırda şəxsi əlaqələri, mətbuat və ya digər formada məhkəmələrin hakimlərini böhtan xarakterli məlumatlarla şantaj edərək qanuni qərarlar qəbul etmələrinə təsir edirlər.
10 ildir ki (2015-ci ildə başlanmış cinayət işi) davam edən bu qanunsuzluqlardan mənim oğlum Qədim Ədilov və bizim ailəmiz formal olaraq dələduzluq damğasından əziyyət çəkirik.  
Necə ola bilər ki, dəfələrlə (4 dəfə) xitam edilmiş cinayət işinin qərarını Binəqədi rayon məhkəməsinin hakimi Vüsal Tağıyev tərəfindən ləğv edilməsi, onun tərəfindən 2019-cu ildə 4 ay həbs edilməsi, sübuta yetmədiyindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən azad edilsə də yenidən Vüsal Tağıyev tərəfindən 2023-cü ildə qiyabi həbs, 2024-cü ilin oktyabr ayında həbsin uzadılması, yenidən Bakı Apellyasiya Məhkəməsi ev dustaqlığı seçməsi, həmin müddət bitdikdən sonra yenidən 2025-ci ilin may ayında formal olaraq şişirdilmiş məbləğlə maddə dəyişdirilib və həbsə çıxardılanda da nə təsadüf ki, bu dəfə də Vüsal Tağıyev tərəfindən həbs seçilmişdir.
Bütün bunlar onu bir daha sübut edir ki, Akif Çovdarov və onun cinayətkar dəstəsinin asminoq əlləri məhkəməyə, eləcə də prokurorluq orqanlarına kimi uzanaraq, öz məkrli niyyətlərini həyata keçirtməkdə davam edir.
Bütün bunlar bizə Türkiyyə Respublikasında baş vermiş məlum hadisələri «ERGENOKOM» işini xatırladaraq, hörmətli prezident Rəcəb Tayyib Ərdoğana qarşı xəyanət edən məmur və hakimləri хаtırladır və onların da aqibəti göz qabağında olduğu kimi geci-tezi bizdə də cənab PREZİDENTİMİZ İLHAM ƏLİYEVƏ xəyanət edən bəzi «məmur və hakimlərin» aqibətini də görəcəyik İNŞALLAH.
 
Hörmətli cənab PREZİDENT,
 
1992-ci ildən ailəlikcə YAP-ın üzvü olmaqla rayon ağsaqqallar şurasının, eləcə də seçki komisiyasının üzvü kimi, Ulu Öndər Heydər Əliyevi Naxçıvan MR-də olan dövrdə gedib, ziyarət edən bir Heydərçi kimi Sizdən xahiş edirəm, oğlum Qədim Ədilova qarşı törədilən bu cinayətin qarşısının alınması üçün nəzəratinizə götürərək, ədalətin bərpa olunmasına müvafiq göstərişlərinizi verəsiniz.
 
İmza: Adil Ədilov