Azərbaycan və Ermənistan Qazaxda 12,7 kilometrlik sərhəd xətti müəyyən edib
- 24-05-2024, 10:13
- 319
---
Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda qeyd olunub.
"Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub", - məlumatda bildirilib.