XalqXəbər.Az

Sərhəd Qoşunlarında əsgər belə dəyişdi – VİDEO

yüklənir...
Sərhəd Qoşunlarında əsgər belə dəyişdi – VİDEO
18-01-2017, 20:30
yüklənir...

Təxminən bir il əvvəl sosial şəbəkələrdə hərbi geyimli bir əsgərin silahdan atəş açarkən videosu paylaşılmışdı.

Bu video sosial şəbəkələrdə geniş müzakirə olundu. Bir çox vətəndaşlar həmin gəncin fiziki qüsurlu olduğunu idda edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.

Hətta buna görə, bəzi dövlət qurumları da ittiham obyekti olmuşdu.

Həmin gənc əsgər Həsənov Bayram Nazim oğlu Sərhəd Qoşunlarında xidmətini davam etdirərək, xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib. Müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib, kiçik çavuş rütbəsində bu günlərdə hərbi xidmətdən ehtiyata buraxılıb.

ESGER2

Sərhəd Qoşunlarında həmin əsgərin hərbi xidmət müddətində necə dəyişdiyini təqdim edirik. Videoda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gənc xidmətini Çevik Hərəkət Dəstəsində necə davam etdirməsinin şahidi olacaqsınız.


скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.