SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 24 ilin zabiti Ali Baş Komandana MÜRACİƏT ETDİ: "Mənə kömək edin, hüquqlarım tapdanır"

24 ilin zabiti Ali Baş Komandana MÜRACİƏT ETDİ: "Mənə kömək edin, hüquqlarım tapdanır"

Tarix:

12-02-2019, 15:51

/ 1 523 dəfə oxundu.
24 ilin zabiti Ali Baş Komandana MÜRACİƏT ETDİ: "Mənə kömək edin, hüquqlarım tapdanır"

Şirvan şəhər Üzeyir Hacıbəyov küçəsi, ev 64 saylı ünvanda yaşayan Əhmədov Zaur Zakir oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevə ünvanlanmış müraciətini oxuculara təqdim edirik.

24 il Azərbaycan ordusunda xidmət etmiş zabit hüquqlarının tapdalanmasından təngə gəlib Miq.Az saytı vasitəsilə ölkə başçısına müraciət edib.

Hörmətli cənab Prezident!

Gərgin iş vaxtınızı aldığım ücün əvvəlcədən üzr istəyirəm. Cənab Prezident, mən bu işlə baglı sizə bir dəfə müraciət etmişəm. Bildirirəm ki, mən 24 il Azərbaycan ordusunda xidmət etmişəm və Aprel döyüşlərinin iştirakcısıyam. Hal -hazırda öz arzumla təqaüdə çıxmışam. Bildirmək istəyirəm ki, evim olmadıgı üçün 12.08.2015-ci il tarixdə Şirvan şəhər Ü. Hacıbəyov kücəsində yerləşən 64 saylı evi ipoteka yolu ilə aldım. Həmin tarixdə Xalq Sığorta mənimlə əmlaka dair sığorta müqaviləsi bağladı.

2017-ci ildə evin divarlarında böyük çatlar əmələ gəldi və getdikcə də artmağa başladı. Mən bu barədə Xalq Banka və Xalq Sığortaya bildirdim. Heç bir köməklik edilmədi, sığorta ödənişi üçün səbəb olmadığını bildirdilər.

Bu barədə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinə müraciət etdim. Əvvəlcə ödənişli olduğunu bildirdilər. Sonra isə məktubuma cavab bildirdilər ki, sizin fərdi yaşayış evinizlə bağlı köməklik göstərilməsi səlahiyyətlərimiz xaricindədir. Bundan sonra məhkəmələrə müraciət etdim.

Məhkəmələrdə sığorta şirkətinin xeyrinə qərar qəbul etdi. Ali məhkəməyə müraciət etmişəm, məhkəmənin vaxtı 15.02.2019-cu il tarixdədi. 22.06.2018- ci il tarixdə ipoteka fonduna yazılı müraciət etsəm də, bu günədək hələ də cavab gəlməyib.18.08.2018-ci il tarixdə sığorta müqaviləsinin vaxtı bitdikdən sonra Xalq sığorta şirkəti müqavilə baglamaqdan imtina etdi. Mən bu məsələ ilə baglı Milli məclisə, Fövqəladə Hallar Nazirinə, cənab Ramiz Mehdiyevə, Nəzarət palatasına və demək olar ki,bütün aidiyyati orqanlara müraciət etmişəm ki, mənə evlə baglı köməklik etsinlər. Lakin heç bir köməklik olunmadı. Sığorta müqaviləsi olmadığı üçün 4(dörd) ay, yəni sentyabr, oktyabr, noyabr və dekabr aylarının pulunu ödəyə bilmədim. İpoteka fondu 10.12.2018-ci il tarixdə sığorta olunmadan qeyri - qanuni olaraq pulu ödəməyimi tələb etdi və Xalq Bankdan bildirdilər ki, əgər bir necə gün ərzində 4(dörd) aylıq ödənişi 950(doqquz yüz əlli) manatı ödəməsən fond pulu bizdən geri alacaq, bizdə evi səndən geri alacayıq. Məndə məcburiyət qarşısında qalıb borca, faizə pul taparaq ödənişi etdim.

Cənab Prezident, mənim Ali Baş Komandanım! Mən 785 manat təqaüd alan adam 2 banka verəcəyim olduğu halda 700 (yeddi yüz) manat 12.12.2018-də, 250 (iki yüz əlli) manat isə 17.12.2018-ci il tarixdə pulu sığortasız məcburiyyət şəklində ödədim.

Cənab Prezident atam yox, yurdu yoxdu, həyat yoldaşımın da atası onun 6(altı) yaşı olanda vəfat edib. Bu bayram günündə mən övladlarıma nə isə ala bilmədim. Onun üzündən neçə gündü uşaqlar yatandan sonra evə gəlirəm. Qışın bu günündə ev istilənmir, çünki ev bölünüb hər yerindən külək keçir, yağış damır. Qaz pulu 199 manat yazmasına baxmayaraq ev istilənmir. Bu pulu necə ödəyim bilmirəm. Mən sizə arxayın olaraq kecmiş hərbiçi olaraq özümə sığışdırmadım ki, mətbuata çıxıb problemimi ictimailəşdirim. Sizdən xaiş edirəm ki, mənə evlə bağlı köməklik edəsiniz. Sığorta şirkəti məhkəməsiz bu məsələni həll etməli olduğu halda imtina edərək bildirir ki, başa düşmədin pul düşmür. Neçə aylardır ki, ipoteka fonduna , nəzarət palatasına, problemli kredit şöbəsinə gedib- gəlməkdən pulum qalmayıb. Hara gedirəm bildirirlər ki, Xalq sığortadı get işinlə məşgul ol. Bu vaxtadək evlə təmin olunmamışam və kirayə pulu da verilmir. Heç bir yerdə işləmirəm. 2 banka verəcəyim var.

Xəstə anamın adına pul götürüb ilkin ödəniş üçün vermişəm. Hələ də o borclardan qurtarmamışam. Ödənişlərimi də edə bilmirəm. Mən evi söküb təzədən tikim, yoxsa 20 il bundan sonra banka pul ödəyim. Ev əlimdən alınarsa 24 il vətənə xidmət etmiş hərbi qulluqçu kimi qalmağa yerim yoxdur. Nə mənim, nədə ki, həyat yoldaşımın atası yoxdu ki, onlara sığınaq. Hal hazırda qışda bu evdə yaşamaq çətindir. Çünki, ev bərbad vəziyyətdədir. Ailəmin üzünə necə baxım?

O körpə uşaqlara mən necə, nə cavab verim. Onları harda saxlayım, hansı pulla, evi söküb təzədən tikim yoxsa onun ödənişim ödəyim. Mən belə sığorta şirkətlərinə necə arxayın olum? Aprel döyüşündə ölsəydim, indi ailəm küçələrdə qalardı. Niyə qanuna əməl etmirlər? Mənə evlə bağlı köməklik etməyinizi sizdən artıq dərəcədə xaiş edirəm.

Miq.az

Şərhlər

XƏBƏR LENTİ