SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əhmədzadənin kasetlə şantaj olunan idarə rəisində 110 min hardan olub? - Şok faktlar

Əhmədzadənin kasetlə şantaj olunan idarə rəisində 110 min hardan olub? - Şok faktlar

Tarix:

14-10-2018, 23:12

/ 1 029 dəfə oxundu.
Əhmədzadənin kasetlə şantaj olunan idarə rəisində 110 min hardan olub? - Şok faktlar

Azərbaycanda dövlət məmurunun əmək haqqı onun gündəlik yaşayışına yetərli ola bilər. Amma reallıq göz qabağındadır ki, əksər idarə rəisləri, məmurlar maaşla dolanmırlar.

Çünki həm rüşvətlə, həm büdcə pullarını talamaqla varlanırlar. Onların villaları, restoranları, bahalı maşınları maaşdan kənar qazanılan pullar hesabına əldə olunur.

Cahan.info xəbər verir ki, bu günlərdə Salyan Elşən Cabbarov tərəfindən şantaj olunan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovun məsələsi də bu sualı aktuallaşdırır.

E.Cabbarov idarə rəisini intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur. Təbii ki, bu cinayətdir və hüquq-mühafizə orqanları şantaj edən şəxsi həbs ediblər. Hazırda 4 aylıq həbs qərarı çıxarılıb və istintaq gedir.

E.Cabbarov B.Ağabəyovun “hərəkətlərini” gizli kamera ilə lentə alaraq onu yayıb biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinir.

Eyni zamanda E.Cabbarov onu ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azərlə isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.

Beləliklə, Elşən Cabbarov Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.3.2) və dələduzluq (178.3.2) maddələri ilə ağır cinayət törətməkdə ittiham olunur.

Bundan başqa, E.Cabbarovun Salyanın Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilindiyi deyilir. O, ən imkanlı ticarətçilərdən sayılırdı.

Amma işin sual doğuran tərəfi ondan ibarətdir ki, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyov hər ay 7 min manatı (!), ayrı-ayrılıqda isə 60 min və 50 min manatı hardan əldə edərək onu şantaj edən şəxsə verib?

“Meliorasiya və Su təsərrüfatı” ASC rəhbəri Əhməd Əhmədzadə Ağabəyocun fəaliyyətini niyə araşdırmayıb? Bu qədər vəsait bir idarə müdirində hardan ola bilər?

Görünür ki, onun fəaliyyətində ciddi nöqsanlar var, dövlətin Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinə ayırdığı vəsaitlər mənimsənilib. E.Cabbarov da bunları bildiyi üçün onu şantaj etməyə başlayıb.

Saytlarda işıqlandırılmış məlumatlarda deyilir ki, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin balansında kifayət qədər müxtəlif ağır texnikalar var.

Bu texnika günə muzdla çalışaraq idarə rəhbərliyinin şəxsi büdcəsinə ayda ən azı 20-30 min manat gəlir gətirir. Ümumiyyətlə, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi bölgənin ən gəlirli müəssəsidir.

Artıq bir müddətdir ki, bölgədə süni balıq gölü yaratmaq dəb düşüb, əksər rayonlarda olan belə göllər bu idarənin xidmətləri hesabına başa gəlib. Təxmini hesablamalara görə, 10 hektar ərazidə göl yaratmaq üçün texnikaya 7 min manat pul ödənilir.

Müasir texnikalar bu işi cəmi 2 həftə ərzində görür. Yanacaq və sürücünün yemək xərcini vermək şərti ilə bu texnikalarların gününü 350-400 manata işlədirlər.

Bir müddət əvvəl Bulat Ağabəyovun rəisi olduğu idarə istismar yollarının əsaslı təmirinin smeta sənədlərinin hazırlanması üçün “ESR İnşaat” MMC-yə 4 400 manat, yolda təmir-bərpa işlərinin aparılması üçün “Forvardo-Co” MMC-yə 215 600 manat pul ödəyib.

Bundan başqa, ehtiyat hissələri və materialları almaq üçün “Salyan Servis” MMC-yə 27 066,3 manat, tikinti materialları üçün “Su-3” MMC-yə 129 277 manat, beton və beton məmulatlarının alınması üçün “Nur” MMC-yə 112 645,7 manat, dəmir və dəmir məmulatlarının alınması üçün “Azəri TTM” MMC-yə 114 972,3 manat ödəyib.

Cahan.info xəbər verir ki, ümumiyyətlə, indiyədək Bulat Ağabəyovun adı bir çox qalmaqallı işlərdə hallanıb. Deyilənə görə, Bulat Ağabəyov bir neçə şəxslə əlbir olaraq qanunsuz işlərlə məşğul olub.

Bundan başqa, Bulat Ağabəyov son 10 ildə Salyan şəhərinin abadlığına ayrılan vəsaitdən iki dəfə çox büdcə pulunu rəhbəri olduğu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin təmirinə xərcləyib. Lakin hələ də aidiyyəti qurumlar bu məsələni araşdırmayıblar.

Halbuki ortada kifayət qədər qaranlıq məqamlar mövcuddur. Bulat Ağabəyov daim Əhməd Əhmədzadənin himayəsinə arxalanıb və elə bu səbəbdən də bir sıra işləri tam sərbəst şəkildə həyata keçirib. Bu faktlardan aydın olur ki, E.Cabbarovun şantajlarına görə o pulları hardan tapırmış.

Musavat.com yazmışdı ki, 2014-cü ildə oğluna 25-ə yaxın “Gallenvagen”lə toy karvanı düzənləyib, mətbuatın gündəminə gələn Hacı Qurban AbbasovBulat Ağabəyovla əlbir olaraq, dövlət büdcəsindən regionlarımızın inkişafı üçün ayrılmış vəsaitin silinməsi ilə məşğul idi.

B.Ağabəyov qalmaqallı iş adamı kimi mətbuatda adı dəfələrlə hallanan Q.Abbasovla sövdələşərək, onun şirkətinə, yəni "İlkin-N" MMC-yə 300 min manat pul ötürüb. Sövdələşmədə əsasən təmir işləri adı ilə tikinti materiallarının alınması nəzərdə tutulub.

Ən maraqlısı odur ki, B.Ağabəyov son 10 ildə Salyan şəhərinin abadlığına ayrılan vəsaitdən iki dəfə çox büdcə pulunu rəhbəri olduğu ana kollektorun təmirinə xərcləyib. Amma nədənsə, onun bu əməllərinə “dur” deyən tapılmır. Həmçinin o da bildirilir ki, B.Ağabəyov başqa bir müəssisəyə 185 min manat vəsait köçürüb. Bu hələ harasıdır ki.

Avtomobillərə ehtiyat hissələri və materiallar almaq üçün “Salyan Servis” MMC-yə 27066,3 manat, tikinti materialları üçün “Su-3″ MMC-yə 129277 manat, beton və beton məmulatlarının alınması üçün “Nur” MMC-yə 112 645,7 manat, dəmir və dəmir məmulatlarının alınması üçün “Azəri TTM” MMC-yə 114 972,3 manat ödənilib.

Həmin şirkətlər Bulat müəllimə yaxınlığı ilə seçilir. İdarə rəisi keçirilən tenderlərə bu şirkətləri cəlb etməkdə başqa məqsədlər güdür”.

Büdcədən ayrılan vəsaitlərlə görülən işlərin arasında təzad var: “Yolların təmiri üçün ayrılan vəsaitlər demək olar ki, göyə sovrulub. Çünki idarənin istismar yolları yenə də bərbad durumdadır. Büdcədən vəsait ayrılıb, amma ortada konkret iş yoxdur.

Baş Mil-Muğan Kollektoru İdarəsinin nəzarətində olan rayonlarda drenaj kollektorları qrunt suyu ilə doludur. Bu səbəbdən də əkin sahələri sürətlə şorlaşır. Fermerlər əkin sahələrini vaxtında suvara bilmirlər.

Drenaj sularının axırıncı dəfə kollektora nə vaxt vurulmağını xatırlayan yoxdur. Bunun müqabilində isə Bulat Ağabəyov idarənin texnikasını şəxsi adamların işləri üçün ayırır. Mil-Muğan rayonlarında məhsuldarlıq xeyli aşağı düşüb. Bunun səbəbkarı isə məhz Bulat Ağabəyovdur.

Uzun müddətdir vəzifədə olan məmurun maliyyə vəziyyəti çox yaxşıdır. Deyilənə görə, onun Bakıda mənzilləri və ticarət obyektləri var.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ