SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nizami rayon İcra Hakimiyyətinin başçısı da yola salınır - Elmar Vəliyevin əsas kadrı

Nizami rayon İcra Hakimiyyətinin başçısı da yola salınır - Elmar Vəliyevin əsas kadrı

Tarix:

10-10-2018, 09:27

/ 2 815 dəfə oxundu.
Nizami rayon İcra Hakimiyyətinin başçısı da yola salınır - Elmar Vəliyevin əsas kadrı

2014-cü ilin oktyabr ayının 14-də Elmar Vəliyev Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin yeni başçısı Nizami Hacıyev ictimaiyyətə təqdim etmişdi. Təqdimatda ən yüksək vəzifəli şəxs kimi Gəncənin sabiq icra başçısı iştirak edirdi və Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında çıxışında Elmar Vəliyev onu xeyli tərifləmişdi.
Uzun illər Elmar Vəliyevin rəhbərliyi altında ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışan, daha sonra Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin olunan Nizami Hacıyev daha sonra etimadı doğrulda bilmədi.

Gəncədə tarixi abidələrin sökülməsi, sahibkarlarea qarşı xüsusi amansız davnarışları ilə ad çıxarmış Nizami Hacıyev Elmar Vəliyevin "sağ əli" olaraq tanınırdı. Daxil olan məlumata əsasən Gəncəyə yeni icra başçısı təyin edilən Niyazi Bayramov Nizami Hacıyevin vəzifəsindən azad edilməsi üçün yuxarı dairlərə təklif yollayıb. Məlumatlara əsasən Niyazi Bayramov Nizami rayon icra hakimiyyətinin başçısının dəyişdirilməsi üçün bir həftə öncə yoxlamaların nəticələrini toplayıb. Büdcə vəsaitləri ilə bağlı olaraq təyinatı üzrə istifadə faktlarına görə audit tədbirləri də həyata keçirilib. Saytımıza danışan mənbə bildirir ki, ortaya heyrətamiz faktlar çıxıb. Xüsusilə də Nizami Hacıyevin uzun illər Elmar Vəliyevin rəhbərliyi altında təhsil və mədəniyyət işçiləri ilə davranışlarından topladığı "təcrübə"lərə dair ictimayyət arasında fikirlər birmənalı deyil.

Mənbəmiz iddia edir ki, hələlik vəzifəsini icra etsə də Nizami rayonun başçısı Gəncənin icra başçısı Niyazi Bayramovla təmaslar qura bilmir. Mühim rəsmi tədbirlərə dəvət almır və özü də bilir ki, yaxın günlərdə tutduğu vəzifəsini itirməklə yanaşı vəzifədə olduğu illərə dair aparılan yoxlamalara cavab vermək məcburiyyətində qalacaq.

Əlavə olaraq qeyd edək ki, Niyazi Bayramov Gəncəyə icra başçısı təyin edildikdən sonra Gəncə İrca Hakimiyyətinin aparatına daxil olan əksər yüksək vəzifəli şəxsləri tutduqları vəzifələrindən azad edib. Mənbəmiz bildirir ki, yaxin günlərdə N.Bayramov Gəncənin əsas rayonunun başçısı ilə bağlı da konkret qərar verəcək. Görünən odur ki, yeni icra başçısı Elmar Vəliyevin kadrları ilə işləmək istəmir və Elmar Vəliyevin bütün kadrlarını çox radikal qayada vəzifəsindən azad edir.

Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Gundeminfo.az

Şərhlər

XƏBƏR LENTİ