SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda məmur intihar etdi - TƏFƏRRÜAT

Azərbaycanda məmur intihar etdi - TƏFƏRRÜAT

Tarix:

9-01-2018, 11:13

/ 1 267 dəfə oxundu.
Azərbaycanda məmur intihar etdi - TƏFƏRRÜAT

Ağdam rayonunda 66 yaşlı kişinin intiharının təfərrüatı məlum olub.

Quzanlı qəsəbə kənd sakinlərinin AzNews.az-a açıqlamasında bildirib ki, Cəbiyev Hikmət Araz oğlu Ağdam rayon Əliağa kənd Mədəniyyət Evinin direktorudur:

“Hadisə dünən gecə olub. Gözəl ailə başçısı idi. Səhhətində heç bir problem olmayıb. Əgər onun səhhətində hər hansı problem olsaydı, vəzifədə işləyə bilməzdi. Əlinin altında kifayət qədər işçisi olub. Onun belə bir addım atması hamını şoka salıb”.

Qeyd edək ki, Ağdam rayonun Quzanlı qəsəbəsində intihar hadisəsi baş verib. Rayonun Boyəhmədli kənd sakini, 1952-ci il təvəllüdlü Cəbiyev Hikmət Araz oğlu həmin qəsəbədəki 472 saylı evin həyətində özünü ağacdan asıb.

Şərhlər

XƏBƏR LENTİ