yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kəlbəcərin yeni görüntüsü yayıldı - Məşhur "İstisu" (VİDEO)

Kəlbəcərin yeni görüntüsü yayıldı - Məşhur
2-10-2017, 12:57 53 856 dəfə baxılıb
yüklənir...

Azərbaycanın erməni işğalı altında olan Kəlbəcərdən yeni görüntü yayılıb.

Unikal.org xəbər verir ki, Kəlbəcər rayonunundakı İstisudan çəkilən görüntülər qısa zamanda internetdə yayılmağa başlayıb.

1993-cü ildən Ermənistan ordusunun işğalı altında olan Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb.

Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan 3 milyard 941 milyon 316 min litr su çaylara axıb gedir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. 1 saylı buruq quyusundan çıxan suyun kimyəvi tərkibi: M4,9 CO7,1 HCO3S3. C134 SO41 T 61 dərəcə C-dir. Na75. Ca14 İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər.

İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.

İstisuit mineralı amfibol qrupuna aid olan mineraldır. Onun tərkibi belədir. 7,6 (Ca, Na) 0,5 (A1 Fe+3) (Si4O11) 2H2O Sütunvari kristallar və lifli (uzunluğu 2-3 sm) aqreqatlar əmələ gətirir. Külü boz rənglidir. Sərtliyi 5-5,5-dir. Kəlbəcər rayonu ərazisindəki Dəlidağ intruzivi ətrafındakı kontakt-metasomatik mineral assosiasiyasında vollastonitlə sıx paragenezdə rast gəlir. Burada istisu qarnitoit intrusivinin əhəngdaşı ilə kontaktında əmələ gəlmişdir. İstisu mineralı Kəlbəcər rayonundakı İstisu kurortunun adındandır.

İstisu sanatoriyasının yaranma tarixi

İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti qurulduqdan sonra, daha dəqiq desək, 1925-ci ildən Azərbaycan hökümətinin diqqət mərkəzində olub. Hələ 1926—cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul edib. Sonralar bu məsələ Azərb KP MK-nin birinci katibi M.C.Bağırovun şəxsi diqqət mərkəzində olub. 1928-ci ildə isə İstisu sanatoryasının tikilməsi, yollar çəkilməsi sovetlərin qurultayında qaldırılıb, M.C.Bağırov öz məruzəsində İstisuya xeyli yer ayırıb. 30-cu illərin sonlarında M.C.Bağırov özü İstisuda olmuş, tikinti işləri ilə maraqlanıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Meshhur, goruntusu, Kelbecerin, yayildi, stisu, yeni, VDEO
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ