SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Prokuror "AMAY Abdulla"nın "arvadı"na cəza istədi - 13 il

Prokuror "AMAY Abdulla"nın "arvadı"na cəza istədi - 13 il

Tarix:

7-08-2017, 12:38

/ 57 335 dəfə oxundu.
Prokuror "AMAY Abdulla"nın "arvadı"na cəza istədi - 13 il

Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən növbəti məhkəmə prosesində dövlət ittihamçısı çııxş edib.

Dövlət ittihamçısı bildirib ki, məhkəmə istintaqı dövründə Aygün Akimova özünü təqsirli bilməyib. Amma onunla birgə həbs edilən İlham Baxışov özünü qismən təqsirli bilib.

Prokuror Aygün Akimovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini isrəyib. Dövlər ittihamçısı İlham Baxışovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinə çıxış üçün 17:00-dək vaxt verib.

Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. İlham Baxışov isə onda təqsirli bilinib ki, Akimovanın xahişi ilə onun evinə "kupça" düzəltməli imiş. Ancaq Baxışov vədinə əməl etməyib. Amma aldığı pulu geri qaytarıb.

Aygün Akimova bir neçə şəxsə qarşı dələduzluq etsə də İlham Baxışovun adı yalnız bir epizodda keçir.

Bildirək ki, Aygün Akimova aldatdığı şəxslərə naxçıvanlı iş adamı Abdulla Abdullayevlə evli olduğunu, uşaqlarının atasının iş afamı olduğunu deyib. Bu iş üzrə "AMAY Abdulla" da istintaqda şahid kimi ifadə verən naxçıvanlı biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını etiraf edib. İş adamı bunu Aygünə yaxşılıq məqsədi ilə etdiyini, adı çəkilən qadının onun şirkətində xadiməçi işlədiyini bildirib.

Şərhlər

XƏBƏR LENTİ