XalqXəbər.Az

“Skype”ın fəaliyyətində ciddi nasazlıq yaranıb

yüklənir...
“Skype”ın fəaliyyətində ciddi nasazlıq yaranıb
11-07-2017, 12:40
yüklənir...

“Skype” istifadəçiləri proqramın fəaliyyətində yaranan nasazlıqdan şikayətlənməyə başlayıblar.

“Microsoft” korporasiyası problemin mövcudluğunu etiraf etmək məcburiyyətində qalıb.

Korporasiya nümayəndələrinin sözlərinə görə, əksər istifadəçilər qrup şəklində olan zənglərdə problemlərlə üzləşib, bəziləri dostlar siyahısına istifadəçilərin əlavə olunması zamanı ciddi yubanmalarla rastlaşıb. Həmçinin, istifadəçilər avtorizədə çətinliklərin yaranmasını və bildirişlərin göndərilməsinin qeyri-mümkünlüyünü qeyd ediblər.

“Skype” şirkəti nasazlığa nəyin səbəb olması barədə açıqlama verməsə də, servisin işinin yaxşılaşdığını bildirir.

“Microsoft” korporasiyasının məlumatına görə, bəzi istifadəçilər problemlərlə üzləşməkdə davam edir.

Xatırladaq ki, iyunun 19-da “Skype” proqramının fəaliyyətində qlobal nasazlıq yaranmışdı. Messencerlə bağlı problemlər haqqında məlumatlar iyunun 20-21-dək sosial şəbəkələrdə yayılmaqda davam etmişdi.

2016-cı ilin martında proqramın işində daha bir qlobal nasazlıq baş vermişdi.

Ən böyük nasazlıq isə 2015-ci ilin sentyabrında qeydə alınıb. Altı saat davam edən problem Rusiya, ABŞ, Vyetnam, Yeni Zelandiya, Danimarka, Hindistan və digər əksər ölkələrin istifadəçilərini əhatə edib.

Qeyd edək ki, “Skype Technologies” şirkəti 2003-cü ildə isveçli Niklas Zennstrem və danimarkalı Yanus Friis tərəfindən təsis edilib. 2010-cu ildə sistem istifadəçilərinin sayı 660 milyon nəfərə çatıb. 2011-ci ildə “Microsoft” korporasiyası “Skype”ı 8,5 milyard dollara satın alıb.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.