yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Whatsapp” istifadəçilərinin cəmi 5 dəqiqə vaxtı olacaq

“Whatsapp” istifadəçilərinin cəmi 5 dəqiqə vaxtı olacaq
29-06-2017, 09:13 35 662 dəfə baxılıb
yüklənir...

“Whatsapp”-da bir neçə ildir ki, gözlənilən funksiya bu yaxınlarda istifadəyə veriləcək.

“Whatsapp” şirkəti “iPhone”, “Android” və “Windows Phone” cihazlarından göndərilən bir mesajın necə geri qaytarıla biləcəyini açıqlayıb.

Açıqlamaya əsasən “Geri qaytar” funksiyası ilə bir qrup və ya şəxsi mesajlaşma ekranında göndərilən mesajı geri qaytarmaq mümkün olacaq.

Amma bunu qısa bir müddət ərzində həyata keçirmək lazımdır. Göndərilən mesajı geri qaytarmaq üçün maksimum 5 dəqiqə vaxt olacaq. Əks halda, mesajı geri qaytarmaq mümkün deyil. Əməliyyatın uğurlu keçməsini isə ekrana çıxan “mesaj geri qayıtdı” cümləsi ilə anlamaq mümkündür.

Mesajı geri qaytarmaq üçün isə “Android”-də mesaja toxunub basılı saxlayın, sonra isə “Menyu” düyməsinə - “Geri qaytar”a toxunun. “iPhone” və “Windows Phone”da isə mesaja toxunub basılı vəziyyətdə saxlayın. Sonra isə “Geri qaytar” düyməsinə toxunun.

Əməliyyat uğurla başa çatsa, geri qaytardığınız mesaj söhbətdən silinir. Eyni şəkildə bir söhbətdə “mesaj geri qaytarıldı” yazısı görsəniz, bu göndərənin mesajı geri qaytardığı mənasına gəldiyini bildirir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Whatsapp, cemi, olacaq, deqiqe, 5, vaxti, istifadechilerinin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ