XalqXəbər.Az

“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib

yüklənir...
“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib
20-06-2017, 12:29
yüklənir...

Populyar “Viber” messencerinin yeni yeniləməsi artıq sınaq mərhələsini geridə qoyaraq “iOS” və “Android” platformaları üçün əlçatandır.

“ICTnews” a istinadən xəbər veririk ki, bu yeniləmədə bir neçə yeni faydalı funksiya istifadəyə verilib. Məsələn, lazımi informasiyanı bilavasitə messencerdə axtarmaq mümkündür. İndi “Viber” messenceri vasitəsilə “YouTube” videohostinqində videonu izləmək və sonra həmin çarxı dostlara göndərmək mümkündür.

Həmçinin messencerin “Android” versiyasında açar sözlər üzrə stiker və “Gif” şəkillərin axtarışı əlçatan olub. Qeyd edək ki, sözügedən funksiya “iOS” platformasında əlçatan idi. Bundan başqa, istifadəyə verilmiş “rich” bildirişləri vasitəsilə proqrama daxil olmadan mesajlara stikerlərlə cavab vermək mümkündür.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.