yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bu 10 sözü əsla “Google”-da axtarmayın - Çox təhlükəlidir, ölə bilərsiniz! - Video

Bu 10 sözü əsla “Google”-da axtarmayın - Çox təhlükəlidir, ölə bilərsiniz! - Video
19-06-2017, 14:04 57 101 dəfə baxılıb

Dünyadan və ölkədən maraqlı xəbərləri birlikdə sizin üçün dərləyib təqdim edəcəyik

Məqsədimiz sizi daha əyləndirici və maarifləndirici informasiyalarla təmin etməkdir. Odur ki, gözünüz bizdə olsun. İlk materialımız hər gün bir çoxumuzun bir neçə dəfə axtarış etdiyimiz “Google” ilə bağlıdır.

Hansı ki, bu axtarış motorunda hər sözü axtarmamaq lazımdır. Səhhətinizə və həyatınıza ciddi problemlər və təhlükələr yaradar deyə.

İntertetin faydalarını saymaqla bitməz. Onun sayəsində bilmədiyimiz bilgiləri öyrənə bilirik. Sevdiyimiz musiqiləri dinləyib, filmləri izləyə bilirik. Bunu edərkən isə, dünyanın ən böyük axtarış motoru olan “Google” axtarış sistemindən istifadə edirik. Bu motorda axtardığımız kəlimələr ən dəqiq nəticəyə yetişməyimiz üçün bizə yardımçı olur. Ancaq bəzi kəlmələr var ki, əsla yazmamağınız lazımdır.

Çünki bu sözləri axtaracağınız təqdirdə, yaranan gərginliyə görə kimsə dünyasını dəyişə və ya evinə polis gələ bilər. Həmin sözlər bəzən insanları sarsıntıya sala biləcək, stress və qorxu yaşadacaq təsirə malikdir. Yemək yeməyə hazırlaşırsanızsa, yaxud da yatmaq fikriniz varsa, bu deyəcəyim kəlmələri “Google”-a axtarış üçün yazmayın. Bilmədən bu sözləri axtaracağınız məqamda, peşiman olacağınızı bildiyimiz üçün öncədən sizi maarifləndirməyi doğru bildik. Bunu hazırladığım videonu izlədikdən sonra siz də təsdiq etmiş olacaqsınız. Diqqətinizi və cəsarətinizi topladınızsa, həmin sözləri təqdim edirik:


10.“TRYPOPHOBİA” – Bu, toplu halda kiçik dəlikləri görməkdən duyulan narahatlıq xəstəliyi anlamına gəlir. Onu “Google”-də axtaracağınız halda, bu xəstəliyə yoluxmasanız da, qarşınıza çıxacaq görüntülər xəstəliyə səbəb olmaq üçün yetərlidir. Bu söz qorxulacaq bir kəlmə deyil. Fəqət insanda baş fırlanmasına səbəb ola bilər. Ona görə də axarmamağınız tövsiyə olunur. İzləyəcəyiniz şəkillər iyrənc və diksindirici görüntüləri ilə mədənizi bulandıracaq.

9.“ TUB GİRL” – Hərfi tərcüməsi “Boru qız” deməkdir. Öncədən onu deyim ki, narahat bir gecə

keçirmək istəyirsinizsə, bu kəlməyi yazdıqdan sonra üzləşəcəyiniz görüntü sizin üçündür. Heç baxmaq

istəməyənlər üçün söyləyim: Hamam vannasında qusan bir qız var. Bəli, məsələ sadəcə, bundan ibarətdir.

8.”2 GİRLS 1 CUP”. “Google”-də axtarılan ən qəribə kəlmələrin üst sıralarında yer alır. Həyata olan baxış

tərzinizi dəyişdirə bilər. Qısaca anladarsam, bir iyrənclik fotosudur. Əlində bir fincan olan iki qızın etdikləri

mədənizi bulandıracaq. Ən yaxşısı, sizin bu kəlməyi ağlınızdan çıxarmağınızdır.

7.“WET KOALA”. Bəziləriniz “Koalalar necə də şirin heyvandırlar?!, “Google”- də axtarmayacağammı?” deyə sual verirsiniz. Bəli, ayıların şirin və sevimli olması ilə bağlı mən də sizinlə razıyam. Amma koala sözünün əvvəlinə “wet” yazacağınız halda, bu heyvana qarşı bütün müsbət baxışlarınız dəyişə bilər. Buna əmin ola bilərsiniz. Əlavə edim ki, koala – kisəli ayılardandır “wet” sözü isə ingiliscə “nəm, islaq” anlamındadır. Qeyd etdiyim bu iki söz nəticəsində çıxan axtarış nəticələri viruslu olan və olması isbatlanmasına rəğmən, yenə də “Google”-də qarşılaşmaq istəməyəcəyiniz görüntüdür. Bunu edənlərin bu işi nə səbəbdən etdikləri də düşündürücüdür.

6. “MEAT SPİN”. Azərbaycan türkcəsində tərcüməsi “ət fırlatma” olan bu söz sizə manqal və ya qəssab

dükanını xatırlada bilər. Lakin bu kəlməni yazdıqdan sonra qarşınıza mavi, homoseksual olan iki oğlan

çıxacaq. Axtardığınız sözlərlə tapdığınız görüntü üst-üstə düşməyə bilər. Fəqət peşimanlıq hisləri

yaşamamaq üçün bu kəlmələri axtarmamağınız lazımdır.

5.“KİLLER KİDS” – Yəni, “Qatil Uşaqlar”. Bu axtarışı etsəniz, böyük ehtimalla, ilk olaraq, sizi narahat edəcək bir şey tapa bilməyəcəksiniz. Ancaq bir dəfə olaraq, “Daniel”, və “Patrick” kimi ad-soyadlar yazıb axtararsınızsa, huşunuzu itirə bilərsiniz. Braziliyalı Patrick 16 yaşında olarkən Kan ilə aralarında pul üstündə mübahisə düşür və Petrick sonuncunu boğaraq öldürür. Daha sonra ölü bədənini gizlətmək üçün uşağın cəsədini xırda hissələrə bölür. Lakin çox dağınıq olduğu üçün o cür də buraxıb gedir. Deyə bilərəm ki, bu hadisədən çıxan nəticə ondan ibarətdir ki, ölümü kim törədərsə törətsin, istər kiçikyaşlı məsum olsun, istərsə də böyüklər. Ölümün hər zaman iyrənc bir cinayət olduğu isbatlanmış olur.

4.“ELEPHANTİASİS” – “Wikipedia”– ya görə bu söz ayaqlarda və kişi cinsi orqanlarında dərinin və alt toxumaların gərginləşməsi ilə xarakterizə olan bir xəstəlikdir. Xəstəlik nəticəsində dəri deformasiyaya uğrayaraq, öz görünüşünü dəyişir. “ELEPHANTİASİS” adı altında qorxulu axtarış nəticələrindən ibarət olan görüntülər heç də ürəkaçan deyil. Görünür, “Google”-də hər bilginin olması çox da yaxşı deyilmiş.

3.“BOMB İNSTRUCTİONS”. İngiliscədən tərcümədə “Bomba təlimatları” anlamındadır. Bir çoxlarınız “bu kəlmədə nə var ki?” deyə soruşa bilərsiniz. Amma siz bu sözləri yazdığınızda böyük ehtimalla, “CİA”-ya və hökumətə həyəcan siqnalı vermiş olacaqsınız. Əgər evinizdə bir gecə vaxtı nəzarət altına alınsanız, bu səbədən ola bilər. Çünki bir çox insan son illərdə törədilən terror hücumları zamanı bombanın necə hazırlandığını “Google”-dən öyrənir. Öyrəndikdən sonra istəmədiyimiz partlayış əməlləri reallaşdırır. Buna önləm kimi, bu sözləri yazan insanlar təqib altına alınır və nəzarət edilir. Məsum bir məqsədlə belə bu iki sözü axtararsınızsa, bir gecə evinizdə çayınızı içdiyiniz zaman polis bölməsinə götürülə bilərsiniz.

2.“THE DEATH CLOCK”. Hamımız bu dünyaya ölümlü olaraq gəldik. Ölüm bir çox şəxsin dadmaq istəmədiyi bir hiss olsa da, əlbəttə bu taleh hər birimiz üçün gələcək. Çünki Allahın hökmü belədir. Ancaq bu qorxulu reallığa baxmayaraq, heç vaxt ölməyəcək kimi yaşamağımızın səbəbi nə zaman öləcəyimizi bilməməyimizdir.

Amma yenə də nə zaman öləcəyini bilmək istəyənlər var. Bax, həmin o intizarda olan şəxslər üçün – bu internet saytının nə zaman öləcəyinizi müəyyən edə bildiyi iddia edilir. “THE DEATH CLOCK” – “Google”-yə bu kəlməyi yazdığınızda qarşınıza nə zaman öləcəyinizi təxmin edən bir internet saytı çıxacaqdır. Doğum tarixinizi, cinsiyyətinizi, kilonuzu və boyunuzu yazdıqdan sonra nə zaman öləcəyinizi iddiaya görə təxmin edir. Öncədən onu deyim ki, yaxın bir təxmin sizə ölüm qorxusu yaşada bilər. Yaşayacaq bir neçə saniyənizin qaldığını öyrənmək isə sinir və əsəb gərginliyinizə səbəb olar. Amma unutmamaq lazımdır ki, doğulan insanın ölüm gününü, onu bəxş uca Allahdan başqa heç kim bilə bilməz. Ölümü öyrənmə həvəsi dəlilik kimi qiymətləndirilə bilər. Amma Romen Rollanın dili ilə desək, “ölməzlik üçün yaratmaq lazımdır. Yaratmaq – ölümü öldürmək deməkdir”. Və ya C. Məmmədquluzadənin dili ilə desək, “Elə yaşa ki, öləndən sonra da ölməyəsən”. Deməli,həm də qəhrəmanlar ölümün, daha doğrusu, ölməzliyin yollarını bizə göstəriblər. Qısacası, ölümdən qorxmağa dəyməz. Ona hazır olmamaqdan qorxmaq lazmıdır.

1.“SMOKERS’ LUNGS” (Siqaret çəkənlərin ağciyərləri). Siqaretin nə qədər zərərli olduğunu bilirik. İçindəki zərərli nikotin maddələri ağciyərlərimizi məhv etməkdədir. Bir də bu cür məhvolma prosesinin necə olduğunu izləmək heç də xoş deyil. Ağ appaq görüntünün ağciyər olduğuna əvvəlcə inanmaya bilərsiniz. Mədə bulandırıcıdır. Siqaret çəkənlərin axtarmalı kəlməli olduğunu deyə bilərəm. Çünki maariflənərək siqareti müftə yolla tərgitmənin üsulu bu olsa gərək. Ona görə də, bu sözləri siqaret çəkənlər axtara bilər.

Sonda, xəbərləri videodan izləyərkən bu sözləri axtarmağa cəhd etdinizsə, peşiman olmusunuz. Əmin olun, mən də bu intizara yenildim. Və sizinlə eyni həvəsə qapıldım. “İnsan oğlunun başına nə gəlirsə, maraq həvəsindən gəlir” deyə, boşuna deməyiblər.

Aztoday.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ole, Video, Google da, sozu, tehlukelidir, 10, Chox, , , bilersiniz, esla, Bu, axtarmayin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ