SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » Smartfonlar üçün yanğınsöndürən hazırlandı

Smartfonlar üçün yanğınsöndürən hazırlandı

Tarix:

16-01-2017, 21:47

/ 1 450 dəfə oxundu.
Smartfonlar üçün yanğınsöndürən hazırlandı

ABŞ-ın Stenford Universitetinin alimləri smartfonlar üçün kiçik yanğınsöndürmə qurğusu hazırlayıblar.

"New Scientist"ə istinadən yaydığımız xəbərə görə, qurğu smartfonların alışıb yanması və partlaması təhlükəsini neytrallaşdırmağa imkan verir.

Müəlliflər bildiriblər ki, onları belə bir qurğunu yaratmağa sövq edən amil son vaxtlar "Samsung Galaxy Note 7" smartfonları ilə bağlı baş vermiş çoxsaylı hadisələr olub.

Maraqlıdır ki, qurğunu ayrıca gəzdirməyə ehtiyac olmayacaq. Onu smartfonlara quraşdırmaq mümkündür. Yanğın başladıqdan 0,5 saniyə sonra qurğu işə düşür.

Alimlər bildirirlər ki, onların icadı təkcə smartfonlar üçün yox, elektrik avtomobilləri, hətta təyyarələr üçün də aktualdır.

Şərhlər

XƏBƏR LENTİ