yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Facebook”da iki yeni funksiya

“Facebook”da iki yeni funksiya
27-03-2017, 12:25 482 dəfə baxılıb

“Facebook” şirkəti canlı yayım funksiyasının sadəcə smartfonlarda deyil, həm də dizüstü və masaüstü kompüterlərdə də istifadə oluna biləcəyini açıqlayıb.

Səhifələr üçün bir müddətdir ki, aktiv olan bu funksiya artıq bütün “Facebook” profilləri üçün aktiv edilib. Bununla da istifadəçilər web-kameralar vasitəsilə canlı yayım edə biləcəklər.

Professional istifadəçilər bir neçə əlavə kamera, daha güclü ekran kartı və əlbəttə ki, daha sürətli internet ilə daha keyfiyyətli yayımlar hazırlaya biləcəklər.

Canlı yayım funksiyası birbaşa olaraq “Facebook”un əsas səhifəsində və istifadəçi profillərində qurulacaq. Bununla da kompüterlərdən canlı yayım etmək, şəkil və status paylaşmaq qədər asan olacaq. Kompüterləriniz vasitəsilə etdiyiniz yayımlar dostlarınızın əsas səhifəsində eynilə smartfonlardakı kimi görünəcək.

Bundan başqa, “Facebook” şərhlərə GIF animasiyalarının əlavə olunması funksiyasını test edir. “Biz bilirik ki, istifadəçilər, GIF animasiyaları, şərhlərdə istifadə etmək istəyirlər. Məhz buna görə, biz bu funksiyanı test etməyə başlamışıq. Qeyd etmək istəyirik ki, bu, hələ ki, testdir”, - deyə sosial şəbəkənin təmsilçiləri bildiriblər.

Məlumata əsasən, şərhlərdəki GIF düyməsi ilk öncə bir sıra istifadəçilər üçün aktiv olacaq. Şirkət bildirib ki, əgər bu funksiya məşhurlaşsa, onda bütün istifadəçilər üçün aktiv olacaq.

Şərhlərdə olacaq GIF düyməsi, messencerdəki GIF düyməsinin çalışdığı kimi çalışacaq. Beləliklə, istifadəçilər şərhlərdə təqdim olunacaq GIF animasiyaları yerləşdirə və ya istədikləri d


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ