SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 205 saylı məktəbin direktoru təmir adı ilə şagirlərdən pul yığır – İTTİHAM

205 saylı məktəbin direktoru təmir adı ilə şagirlərdən pul yığır – İTTİHAM

Tarix:

4-06-2018, 12:55

/ 6 446 dəfə oxundu.
205 saylı məktəbin direktoru təmir adı ilə şagirlərdən pul yığır – İTTİHAM

Dəfələrlə Təhsil Nazirliyi məktəblərdə hər hansı bəhanə ilə pul yiğılmasının yolverilməz olduğunu açıqlayıb. Nazirlik hansısa məktəbdə bu kimi hallara rast gəlindikdə ciddi addım atılacağını, uşaqlardan, valideynlərdən pul yığan müəllim və direktorların işdən azad ediləcəyini də bildirib.

Gəlin görək, TN-nin bu tələbinə kimlər və necə əməl edir…

Bu günlərdə daxil olan məlumatlar belə deməyə əsas verir ki, nazirliyin bu tələbinə bir sıra məktəb direktorları və müəllimlər var ki, onlar yalnız öz qazanc məqsədlərini güdməklə şagirdlərdən müxtəlif adlarla pul yığırlar. Məsələn, götürək elə Binəqədi rayonunda (Binəqədi qəsəbəsi, II mədən) fəaliyyət göstərən R. İmanov adına 205 saylı məktəbini.

Bir qurup valideyinlər tərəfindən daxil olan məlumatlarda deyilir ki, sözükeçən məktəbdə direktor Bəyaz Novruzovanın göstərişinə əsasən "pulyığma kampaniyası” "uğurla” həyata keçirilir.

Belə ki, direktorun təlimatına əsasən məktəbin təmiri adı ilə hər bir şakirddən 5-10 manat civarında pul yığılır. Valideynlər bildirillər ki, əlaçı oxuyan şagirdlərdən 10, orta oxuyan şagirdlərdən isə 5 manat pul yığılır. Bu isə valideynlərin narazılığına səbəb olub. Artıq bir qurup valideynlər Təhsil Nazirliyinə müraciət ünvanlayacaqlarını bildirirlər. Görünür, bəzi məktəb direktorlarını tabe olduqları nazirliyin xəbərdarlığı hələ də onlara aldıqları "şirinlik” və hədiyyə kimi "dadlı” xüsusiyyətləri unutdura bilmir. Deməli, daha ciddi addımlar atılmalı, müəllim-valideyn münasibətlərinə "şirinlik” və "hədiyyə” kimi neqativ hallar körpü salmamalıdır.

Hesab edirik ki, kimliyindən asılı olmayaraq, şərəfli müəllim adına ləkə gətirən, xoşagəlmaz hallara yol verən hər kəs işindən azad edilməli, əlbəttə, layiqli cəzasını almalıdır.

İnanırıq ki, bundan sonra da müəllim adına utanc gətirən hallarla qarşılaşmayacağıq. Balalarımızın təlim-tərbiyəsi ilə məşğul olan, onlara Ana və Vətən kimi ülvi kəlmələri yazdıran müəllimlərimizin xoş sədası, əldə etdikləri nailiyyətləri və qazandıqları uğurları bizi həmişə sevindirəcək, qürurlandıracaq. Axı müəllimlik müqəddəs peşədir.

Sonda onu da qeyd edək ki, Bəyaz Novruzova 2017-ci il tarixində sözükeçən məktəbə direktor vəzifəsinə təyin edilib.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ