SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Daha çox narazılıq ondan idi... - İndi də yeni siyasət onun gedişini labüd edir

Daha çox narazılıq ondan idi... - İndi də yeni siyasət onun gedişini labüd edir

Tarix:

1-06-2018, 13:01

/ 2 063 dəfə oxundu.
Daha çox narazılıq ondan idi... - İndi də yeni siyasət onun gedişini labüd edir

Barəsində ən çox şikayətlər olunan daha bir icra başçısı yola salınır. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.

Qaynağın iddialarına görə, yaxınlarda Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev vəzifəsindən alınacaq.

Mənbə bildirir: "Asif Ağayev bu vaxta qədər "oliqarxların dostu, kəndlinin qənimi" kimi tanınıb. İndi isə vəziyyət kifayət qədər dəyişib. Onun kəndlilərdən zorla, min-bir fırıldaqla aldığı torpaqların geriyə - kəndlilərə qaytarılmasının vaxtı çatıb.

Elə yeni kənd təsərrüfatı naziri İnam Kərimovun da Asif Ağayev kimi bir kadrla işləməsi kifayət qədər çətin görünür. Yəni bu o deməkdir ki, Asif Ağayev təkcə barəsində ən çox şikayət olunan icra başçısı kimi yox, həm də yeni siyasətlə ayaqlaşa bilməyən bir məmur kimi komandadan çıxdaş olunacaq".

Xatırladırıq ki, yeni KTN şefi bu günlərdə oliqarxların əlində olan torpaq sahələri ilə bağlı məsələyə toxunmuşdu. Şamaxıda isə böyük ərazilər ayrı-ayrı məmurların hasarlanmış bölgələrinə qatılıb ki, bu işdə də Asif Ağayevin "böyük zəhməti" var.

Qarşı tərəfi də dinləməyə hazırıq..

Şərhlər

XƏBƏR LENTİ