SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda 4 polis ağır qəzaya düşdü: 3 nəfər öldü

Azərbaycanda 4 polis ağır qəzaya düşdü: 3 nəfər öldü

Tarix:

16-04-2018, 13:12

/ 1 978 dəfə oxundu.
Azərbaycanda 4 polis ağır qəzaya düşdü: 3 nəfər öldü

Son 2 gündə Azərbaycanda 4 polis əməkdaşı idarə etdiyi avtomobillə ağır yol-nəqliyyat hadisəsi törədib

Şirvan şəhərində polis baş serjantı Bəhruz Qurbanov idarə etdiyi “Chevrolet Niva” ilə Rəsulzadə küçəsində hərəkətdə olarkən 1966-cı il təvəllüdlü Vəliyev Camal Gülasət oğlunu vurub öldürüb.

Salyan rayonunun Kürqaraqaşlı kəndində isə , Neftçala rayon sakini, polis baş serjantı Niftəliyev Rza Hirran oğlu "Priora" markalı minik avtomobilini yol kənarındakı dirəyə çırpıb. O, hadisə yerində vəfat edib.

Oxşar hadisə Xaçmazda da baş verib. Xaçmaz-Hacıqurbanoba yolunda polis serjantı, Məmmədov Adəm Yavər oğlunun idarə etdiyi “VAZ 2107" yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Daha bir polis əməkdaşı Füzuli rayonunda ağır qəzaya düşüb. Tərtər rayon Polis Şöbəsinin əməkdaşı Əsgərzadə Elməddin İnqilab oğlu idarə etdiyi "Niva" markalı maşını qəfil yol kənarındakı ağaca çırpıb. O, ağır xəsarət alıb və Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Hər bir hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ