SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » Azərbaycanda “elektron pulqabı” istifadəyə verildi

Azərbaycanda “elektron pulqabı” istifadəyə verildi

Tarix:

17-01-2017, 12:00

/ 2 191 dəfə oxundu.
Azərbaycanda “elektron pulqabı” istifadəyə verildi

“Wallet One” beynəlxalq ödəniş sistemi Azərbaycanda “elektron pulqabı”nı istifadəyə verib.

xalqxeber.az xəbər verir ki, bu barədə elektron ödəniş sistemi bazarındakı mənbə bildirib.

“Wallet One” sistemi internet vasitəsilə xidmətlərin ödənişi, pulköçürmə və s. kimi maliyyə əməliyyatlarının aparılması üçün tətbiq edilir. Elektron pulqabının balansını “eManat” ödəniş terminalları vasitəsilə, bank kartlarından istifadə ilə onlayn şəkildə və banklarda doldurmaq olar.

“Elektron pulqabı”nın köməyi ilə mobil telefon və ya kompüter vasitəsilə mal və xidmətlərə görə sürətli ödənişlər etmək olar.

Bu tətbiq “iOS” və “Android” əməliyyat sistemləri əsasında işləyən mobil qurğular üçün əlçatandır.

Şərhlər

XƏBƏR LENTİ