SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » “WhatsApp”dan möhtəşəm yenilik

“WhatsApp”dan möhtəşəm yenilik

Tarix:

15-09-2017, 08:59

/ 88 113 dəfə oxundu.
“WhatsApp”dan möhtəşəm yenilik

Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi "WhatsApp" mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir.

"WhatsApp" səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir.

"WhatsApp"-ın ilk əvvəl tətbiq etdiyi “göndərilən mesajı ləğv etmə” xüsusiyyəti səhvən göndərilmiş mesajın 5 dəqiqə ərzində ləğv edilməsini nəzərdə tuturdu.

Ancaq bu yenilik daha bir addım irəli aparılaraq istifadəçilərin səhvən göndərdiyi mesajları zaman məhdudiyyəti olmadan silə bilməsini təmin edəcək.

Həmçinin mobil tətbiqlərdən başqa veb versiyada da işləyəcək bu xüsusiyyət göndərilən mesajların iki tərəfli silinməsinə icazə verəcək.

Bu yenilik artıq “Android” və iOS cihazlarında testdən keçirməyə başlanılıb. Göndərilən ismarışlar qarşı tərəf onu oxuyana kimi silinə biləcək. Bundan sonra isə “bu mesaj silinib” deyə xəbərdarlıq gələcək.

Bundan başqa artıq göndərdiyiniz mesajların nə zaman oxunduğunu da biləcəksiniz. Məsələn, bir mesaj göndərmisiniz. Lakin qoşa mavi xəttin nə zaman düşdüyünü bilmək istəyirsiz. Bunun üçün göndərilən mesajın üzərinə basmaqla “məlumat” xanasını seçə və mavi qoşa xəttin nə zaman düşdüyünü öyrənə bilərsiz.

Şərhlər

XƏBƏR LENTİ