SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Daha bir icra başçısı yol üstündə - Beyləqan şefi görün nə edir...

Daha bir icra başçısı yol üstündə - Beyləqan şefi görün nə edir...

Tarix:

21-08-2017, 12:35

/ 85 235 dəfə oxundu.
Daha bir icra başçısı yol üstündə - Beyləqan şefi görün nə edir...

Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin durumu gərgundur.

Bu barədə daxil olan məlumatda deyilir ki, Abdullayev karyera dönəminin qürubuna yaxınlaşıb və yaxın günlərdə onunla bağlı da qərar veriləcək. Mənbənin söylədikləri:

"Vaqif Abdullayev hələ bir il əvvəl böyük BÜDCƏ VƏSAİTİ mənimsəməsinə görə "yuxarıların" hədəfi olmuşdu. Həmin ərəfədə yaxasını güc-bəla qurtaran Beyləqan RİH başçısına bu səfər net şəkildə "hazırlaş" xəbərdarlığı edilib".

Mənbə maraqlı bir faktı da açıqlayıb: "Bunu - gedəcəyini yaxşı bilən Vaqif Abdullayev artıq rayonda bir neçə obyekt sahibindən böyük həcmdə haqq tələb etməyə başlayıb. Təbii ki, qanunsuz pul tələbi ilə üzləşən sahibkarlar nəyin baş verdiyini başa düşmürlər. Onlara elə gəlir ki, başçının növbəti ənənəvi FƏALİYYƏTİ ilə üz-üzədirlər. Amma gedəcəyini anlayan Abdullayev son səfərində daha çox qazancla yekun həmləsini yola verməyi qət edib".

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ