yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Facebook” saxta xəbərlərlə mübarizə aparacaq

“Facebook” saxta xəbərlərlə mübarizə aparacaq
17-08-2017, 10:05 114 248 dəfə baxılıb

“Facebook” sosial şəbəkəsi yayılan saxta xəbərlərlə mübarizə üsullarını gücləndirməyi planlaşdırır.

Məlumata görə, “Facebook” məlumatların doğruluğunun yoxlanılması məqsədilə xəbərləri xüsusi faktyoxlama şirkətlərinə göndərəcək.

Bundan sonra yoxlamanın nəticələri orijinal paylaşımın altında nümayiş etdiriləcək.

Qeyd olunur ki, bununla əlaqədar sosial şəbəkə ABŞ, Almaniya və Fransa şirkətlərinə müraciət edib.

Bu funksiya əvvəlcə adıçəkilən ölkələrdə və Niderlandda sınaqdan keçiriləcək.

Bir neçə gün öncə “Facebook” sosial şəbəkəsində yayılan vurisla bağlı Trend-ə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də eyni mövzu istiqamətində maraqlı fikirlər səsləndirib.

O.Gündüz vurğulayıb ki, virusun yayılmasında məqsəd müxtəlif ola bilər: “Ola bilər ki, bu virus istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini ələ keçirmək üçün yayılsın. Həmçinin insanların vaxtını almaq, Azərbaycanda sosial medianın fəaliyyətini ağırlaşdırmaq, lazımsız, saxta informasiyaları dövriyyəyə salmaq məqsədilə də yayıla bilər”.

O.Gündüz hesab edir ki, virusun Ermənistan tərəfindən də yayıldığını güman etmək olar.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Facebook, aparacaq, mubarize, saxta, xeberlerle
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ