yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Facebook” yeni dizaynda

“Facebook” yeni dizaynda
16-08-2017, 16:46 77 395 dəfə baxılıb

“Facebook” şirkəti tərəfindən mobil proqramın dizaynına edilmiş kiçik dəyişikliklər xəbər lenti üzrə naviqasiyanı sadələşdirməli və onu oxumaq üçün daha əlverişli etməlidir.

ICTnews-a istinadən xəbər veririk ki, indi nəşrlərə yazılmış şərhlər daha çox müzakirəni xatırladır və şərhlərdən hansının başqa istifadəçilərin fikirlərinə cavab olduğu, hansının isə posta aid olduğunu başa düşmək asandır. Ehtimal ki, sosial şəbəkənin nümayəndələri yad adamları heç olmasa, şərhlərdə bir-biri ilə ünsiyyət qurmağa sövq edirlər.

Başqa dəyişikliklər az nəzərə çarpır. Xəbər lentinin başlığı tamamilə göy rəngə boyadılıb. Şirkətin nümayəndələrinin fikrincə belə fonda mətn daha yaxşı oxunur. Yuxarı hissədə yerləşdirilmiş ikonkaların ölçüləri böyüdülüb və onların üzərinə klik etmək asanlaşıb. Qeyd edək ki, yeni xəbər barədə məlumat verən ikonka indi zınqırova oxşayır və post dərc etmiş istifadəçilərin fotosu dairəvi formadadır. "Bəyən", "Şərh", "Paylaşmaq" ikonkaları, həmçinin dəyişikliyə məruz qalıb.

Həmçinin sosial şəbəkə üzrə naviqasiya sadələşdirilib.

Beləliklə, sosial şəbəkənin görünüşü “Instagram”ı xatırladır. Yeni dizayn bir neçə həftə ərzində istifadəçilərə əlçatan olacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: dizaynda, yeni, Facebook
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ