XalqXəbər.Az

Selfi üçün yeni proqram hazırlanıb

yüklənir...
Selfi üçün yeni proqram hazırlanıb
7-08-2017, 12:52
yüklənir...

Kanadanın Vaterloo Universitetinin alimləri ideal selfi çəkməyə kömək edən proqram hazırlayıblar. Bu, istifadəçini kameranı bütün mümkün şəkillərdən ən yaxşısının alınacağı yerdə quraşdırmağa yönəldən alqoritmdir.

Alimlər alqoritm üzərində işləyərkən orta statistik insanların rəqəmsal 3D-skanlarını alıblar. Onlar smartfonun virtual kamerasını və kompüter işıqlandırmasını idarə etmək üçün kodları yazaraq yüzlərlə “virtual şəkil” yaradıblar. Bu, kompozisiyanın müxtəlif prinsiplərini, həmçinin sifətin vəziyyətini və ölçülərini, işıqlandırmanın istiqamətini öyrənməyə imkan verib.

Bundan sonra minlərlə insan kraudsorsinq onlayn xidmətinin köməyilə ən yaxşı virtual fotolarını seçiblər. Alimlər səsvermə şablonunun riyazi modelini yaradıblar ki, bu da insanlara daha uğurlu fotolar əldə etməyə kömək edəcək alqoritmi hazırlamağa imkan verib.

Daha sonra real istifadəçilər öncə standart kamera proqramının, sonra isə yeni proqramın köməyilə selfi çəkiblər. Alimlər onlayn reytinqlərə əsaslanaraq, belə nəticəyə gəliblər ki, yeni proqram selfini 26 faiz yaxşılaşdırıb.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.