SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Böyrək alverçisi Moşe Harelin həbsi və Azərbaycan əlaqələri

Böyrək alverçisi Moşe Harelin həbsi və Azərbaycan əlaqələri

Tarix:

9-01-2018, 11:11

/ 1 351 dəfə oxundu.
Böyrək alverçisi Moşe Harelin həbsi və Azərbaycan əlaqələri

Ötən həftə beynəlxalq qeyri-leqal insan alveri mafiyasının əhəmiyyətli fiqurlarından biri, İsrail vətəndaşı Moşe Harel Kiprdə həbs olunub. Reuters-ə istinadən bildiririk ki, Moşe Harel 2010-cu ildən İnterpol tərəfindən axtarılırdı. Onun barəsində İnterpol-a Rusiya və Türkiyə hüquq-mühafizə orqanları müraciət edib.
Harel Kosovonun paytaxtı Priştinadakı “Medicus” klinikasında işləyib, beynəlxalq orqan mafiyasındakı vəzifəsi böyrək köçürülməsinə ehtiyacı olan pasiyentlərin və böyrəyini satmağa hazır olan donorların tapılması olub. “Meducus” klinikasında pasiyentlər böyrək köçürülməsinə görə 80-100 min avro ödəyirdilər. Donorlara isə Harel 12 min avro vəd edirdi, lakin dəfələrlə o, çıxardığı böyrəyə görə donorların pulunu ödəməyib və donorları aldadıb.
Harelin də cəlb olunduğu sxem 2008-ci ildə aşkarlanıb. Həmin vaxt Priştina aeroportunda Türkiyə vətəndaşı, 23 yaşlı Yılmaz Altun huşunu itirib yıxılıb. Məlum olub ki, az əvvəl onun sol böyrəyi çıxarılb. Altun etiraf edib ki,böyrəyini “Meducus” klinikasında satıb. Bu fakt üzrə aparılan araşdırmada məlum olub ki, 2008-ci ilin 8 ayı ərzində klinikada Türkiyə və keçmiş SSRİ respublikalarından olan azı 23 nəfərin böyrəyi çıxarılıb. Araşdırma zamanı Azərbaycan, Cənubi Afrika və digər ölkələrdə də qeyri-leqal böyrək köçürülməsi əməliyyatları ilə məşğul olan klinikalar aşkarlanıb.
Lakin bu mafiyanın aparıcı şəxslərini dərhal həbs etmək mümkün olmayıb. Harel 2008-ci ildə saxlanılıb, amma tezliklə azadlığa buraxılıb və gizlənib. “Medicus” klinikasının rəhbəri, uroloq Lütfi Dərvişi və oğlu Arban 2013-cü ildə mütəşəkkil cinayətkar qruplaşma yaratmaq və orqan alveri ittihamları ilə 8 il azadlıqdan məhrum ediliblər. Lakin onlar da cəzadan yayınıb və gizləniblər. 2016-cı ildə Lütfi Dərvişi yenidən saxlanılıb və hazırda istintaq altındadır. Dərvişinin oğlu və klinikanın həkimi Yusuf Sönməz isə axtarışdadır.
Xatırladaq ki, beynəlxalq orqan mafiyasının Azərbaycandakı əlaqələri barədə dəfələrlə həm yerli, həm beynəlxalq mətbuatda araşdırmalar dərc edilib. Mafiya bu məqsədlə hazırda fəaliyyəti dayandırılmış “ABU Klinika”dan və daha bir neçə özəl klinikadan istifadə edirdi. Ehtimal edilir ki, həbslərə baxmayaraq qeyri-leqal böyrək köçürülməsi əməliyyatları hələ də aparılır.

Şərhlər

XƏBƏR LENTİ