SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “Cabir Abdullayevə qarşı bu hərəkət yolverilməzdir” - Qarabağ qaziləri bəyanat yaydı

“Cabir Abdullayevə qarşı bu hərəkət yolverilməzdir” - Qarabağ qaziləri bəyanat yaydı

Tarix:

18-09-2017, 13:02

/ 54 372 dəfə oxundu.
“Cabir Abdullayevə qarşı bu hərəkət yolverilməzdir” - Qarabağ qaziləri bəyanat yaydı

Qarabağ qaziləri xanəndə, Azərbaycan Respublikasının Əməkdar Artisti Cabir Abdullayevin Milli Konservatoriyadakı işindən kənarlaşdırılmasıyla bağlı bəyanat yayıb.

Mətbuat xidmətindən qaziler.az-a daxil olan bəyanatın mətnini təqdim edir:

"Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə Cabir Abdulalyevi "ixtisar” adı ilə Azərbaycan Milli Konservatoriyasından uzaqlaşdırmaq istəyirlər. Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi özü bu barədə mətbuata məlumat verib. Bu isə haqlı olaraq Qarabağ qazilərinin narahatlığına və narazılığına səbəb olub. Çünki Cabir Abdullayev təkcə şirin və məlahətli səsə, gözəl ifaya, pedaqoji bacarığavə təcrübəyə malik bir sənətçi deyil, o, həm də Qarabağ müharibəsi iştirakçısıdır, bir qardaşı da döyüşlərdə şəhid olub. Azərbaycanda iqtisadi durumu əsas gətirərək belə bir xanəndəni, müharibə iştirakçısını işdən azad etmək doğru deyil. Müharibə iştirakçısına qarşı belə münasibət yolverilməzdir! Bu cənab Prezidentimizin də siyasətinə zidd addımdır. Axı, ölkə başçısı dəfələrlə məmurlara, idarə və müəssisə rəhbərlərinə tapşırıb ki, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə iştirakçılarına qarşı diqqətli olsunlar, onlara qayğı göstərsinlər, bu insanlara qarşı ədalətsizlik etməsinlər (Prezident İlham Əliyevin çıxışı).
Digər tərəfdən, hörmətli Siyavuş Kərimi Cabir Abdullayevin və digərlərinin ixtisar edilməsini ölkəmizdəki iqtisadi çətinliklə əlaqələndirib. Əcəba, o, hansı iqtisadi çətinlikdən danışır?! Axı dövlət rəsmiləri deyir ki, ölkəmizdə heç bir iqtisadi gərginlik, çətinlik yoxdur. Cənab Prezident ölkəmizin sosial - iqtisadi məsələlərinin müzakirəsi məqsədi ilə təşkil olunmuş son müşavirədə də Azərbaycanın iqtisadi irəliləyişini diqqətə çatdırmışdı. Açığı, cənab professorun açıqlamasını başa düşmədik. Biz onu alicənab, ziyalı bir insan kimi tanıyırıq. Görünür, ortada hansısa anlaşılmazlıq var. Yaxın günlərdə hörmətli professorumuzla görüşüb xanəndə Cabir Abdullayevin məsələsini müzakirə etməyə çalışacağıq”.

Şərhlər

XƏBƏR LENTİ