yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ana ilə azyaşlı oğlunun öldüyü qəza ilə bağlı - Rəsmi açıqlama

Ana ilə azyaşlı oğlunun öldüyü qəza ilə bağlı - Rəsmi açıqlama
16-07-2017, 23:30 127 465 dəfə baxılıb
yüklənir...

Baş Prokurorluq Gəncədə baş verən dəhşətli hadisə ilə bağlı məlumat yayıb.

Xalqxeber.Az xəbər verir ki, məlumatda bildirilir:

Gəncə şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək istintaqa cəlb edilib.

Belə ki, iyulun 14-də saat 22 radələrində Gəncə şəhəri, Nizami küçəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyada - 1987-ci il təvəllüdlü Aynurə Abbasovanı və onun azyaşlı oğlu 2012-ci il təvəllüdlü Məhəmməd Abbasovu vurub hadisə yerindən qaçması və onların aldığı xəsarətlərdən ölmələri faktına görə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “QAZ-3110” markalı, 32-BB-254 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şərifov İqbal Yaşar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ile, bagli, , qeza, azyashli, olduyu, Ana, Resmi, ile, oglunun, achiqlama
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ