SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Binə” və “Sədərək”də dəhşətli ucuzluq: Tacirlər mallarını su qiymətinə satır

“Binə” və “Sədərək”də dəhşətli ucuzluq: Tacirlər mallarını su qiymətinə satır

Tarix:

27-01-2017, 00:13

/ 6 748 dəfə oxundu.
“Binə” və “Sədərək”də dəhşətli ucuzluq: Tacirlər mallarını su qiymətinə satır

Paytaxtın nəhəng ticarət mərkəzlərində qiymətlər dəhşətli dərəcədə ucuzlaşıb

Verilən xəbərdə deyilir ki, “Binə” və “Sədərək” yarmarkalarında alıcılıq qabiliyyəti olmadığına görə malları su qiymətinə satırlar.

Satıcılar ötən ildən qalan və satılmayan mallarını da dəyər-dəyməz qiymətinə satırlar. İcarə haqlarını ödəməyə imkanı olmayan ticarətçilər məcburiyyət qarşısında mallarını neçəyə gəldi satırlar.

Bununla belə, yenə də müştəri axını müşahidə olunmur. Səbəb əhalinin gəlirlərinin azalması və qazancın yalnız ərzağa xərclənməsidir.

İndi ailələrin istehlak səbətində yeyinti məhsulları üstünlük təşkil edir. İnsanlar qeyri-ərzaq mallarına pul xərcləmir, qənaət edir.

Nəticədə sözügedən ticarət mərkəzlərində sahibkarlar müfisləşirlər. Belə bir şəraitdə biznes strukturlarının sıradan çıxması qaçılmaz prosesdir və bunu tənzimləmək də hökumətin iradəsindən kənardadır.

Verilən xəbərdə deyilir ki, vəziyyətin pisləşməsi endirim kampaniyaları başlatmağa səbəb olub.

Yer haqlarını vaxtında ödəmək üçün geyim malları dəyər-dəyməzinə satılır. Eyni sözləri digər yarmarkalar haqda dca söyləmək olar.

Azərbaycan hökuməti idarəçilik sistemi elə qurulub ki, əhalinin pul gəlirlər daha az templə artır, qiymətlər isə daha da sürətli xarakter alıb. Nəticə etibarı ilə qiymətlərin artım tempi əhalinin pul gəlirlərinin artım tempini üstələyir.

Paytaxtda və regionlarda onlarla mağazalar qıfıllanıb. Böhranın dərinləşməsi, idxal rüsumunun artması, dolların bahalaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarların belini sındırıb.

İş adamları çətin vəziyyətlə üzləşiblər. Onların əksəriyyəti müflis olub. Nəticədə obyektlər bir-birinin ardınca bağlanır. Bu da ölkədə işsizlər ordusunun yaranması ilə müşayiət edilir. Neftin ucuzlaşması və manatın dəyərdən düşməsi ölkəni iqtisadi fəlakətin kandarına yaxınlaşdırıb.

Artıq iri ticarət boş yerlərin sayı artır və şəhərin əsas prospektlərində üzərində “icarəyə verilir” elanları heç kimi təəcübləndirmir.

Şərhlər

XƏBƏR LENTİ