SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Daşınmaz Əmlakın talanan Xidməti: İmanovun həbsi də reyestri “təmizləmədi”

Daşınmaz Əmlakın talanan Xidməti: İmanovun həbsi də reyestri “təmizləmədi”

Tarix:

27-01-2017, 00:12

/ 2 188 dəfə oxundu.
Daşınmaz Əmlakın talanan Xidməti: İmanovun həbsi də reyestri “təmizləmədi”

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rüşvət halları aradan qalxmayıb

Məhəmməd İmanovdan sonra da vəziyyət olduğu kimi davam edir.

Vətəndaşlar həyətyanı sahələrini, torpaqlarını, evlərini, yeni tikilən binalardakı mənzillərini rəsmiləşdirmək üçün pulsuz sənəd ala bilmirlər. Bu gün də oxşar durum hökm sürür və vətəndaşların kütləvi şəkildə narazılığı var.

Buna şahid olmaq üçün məhkəmələrdəki şikayətlərə baxmaq kifayət edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə fiziki şəxslər arasında məhkəmə çəkişmələri bütün rayon və şəhər məhkəmələrində davam edir.

M.İmanovun həbsi də bu sahədə dəyişikliyə və müsbət irəliləyişə səbəb olmayıb. Cəmiyyətdən gələn sosial sifariş ondan ibarətdir ki, komitənin Reyestr Xidməti ASAN-ın tabeliyinə verilsin. Prezidentin inqilabi layihələrindən olan ASAN xidmət vətəndaşların ürəyincə olan tək-tük qurumlardan biridir.

Xidmətin əksər idarələrində rüşvətxorluq halları var. Hər halda bunu inkar etmək mümkün deyil. Ən azından M.İmanovun əməlləri rəsmən sübuta yetirilib ki, illərələ bu sahədə mənimsəmə, rüşvət faktları olub.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin həbsdəki rəisinin ondan artıq villasının, bir çox iri şirkətlərdə payının, Bakı şəhərində ona qədər evinin, şadlıq evlərinin, dükan və çay evlərinin olduğu bildirilir.

Daxil olan məlumatda göstərilir ki, Məhəmməd İmanov qeydiyyat idarələri rəislərindən topladığı bu vəsaitlər hesabına artıq ölkədə adlı-sanlı məmur oliqarxlardan birinə çevrilib.

Vətəndaşlardan əldə etdiyi milyonlar sayəsində özünə böyük biznes sahələri yaradıb. Hətta Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin rəisinin fabrikləri belə var.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisinin başqa bir villasının da Masazır qəsəbəsində olduğu bildirilir.

Şamaxı rayonu Pirqulu ərazisində də malikanə sahibi olan Məhəmməd İmanov hazırda Qax rayonunda yeni villa tikdiyi də qeyd olunur. Həmçinin Quba rayonunun Qəçrəş kəndində Məhəmməd İmanovun görənləri heyran qoyan dəbdəbəli villası olduğu vurğulanır.

Tam bir villa həvəskarı olan Məhəmməd İmanovun başqa bir dəbdəbəli villasının isə Biləcəri dairəsinin yaxınlığında olduğu qeyd olunur.

Məhəmməd İmanov bir çox nazirlərdən heç də kasıb olmadığını sübut etmək üçün İstanbulun mənzərəli yerlərindən birində dəyəri 1 milyon dollardan artıq olan villa belə alıb.

Həmçinin Xidmət eks-rəisinin dəyəri yüz min manatlarla ölçülən bir neçə avtomobilə sahib olduğu da qeyd olunur. Ümumilikdə isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisinin ölkədə və xaricdə ondan artıq dəbdəbəli villasının olduğu qeyd olunur.

Şərhlər

XƏBƏR LENTİ